Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti “Zəngilan rayonu, Alıbəyli kəndinin yenidənqurulması üzrə layihələndirmə xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Geoproject” MMC olub.
Qalib şirkətlə 1 130 411 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Geoproject” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin Əliyev Abbas Oğlu oğludur. Hüquqi ünvanı AZ1018, Bakı şəhəri, Xətai rayonu, oksigen, ev 16 ünvanında yerləşir.