“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ Zəngilan Rayonunun, Cahangirbəyli Kənd Yaşayış Məntəqəsində 2, 3, 4 və 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması üçün açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 1500 manatdır.
Tenderin şərtlərinə əsasən, iştirak etməyk istəyənlər baş podratçı kimi son üç il (2020-ci il yanvarın 1-dən 2022-ci il dekab¬rın 31-dək ) ərzində ümumi məbləği 30 milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 15 milyon olan və oxşar işi əhatə edən ən azı 3 sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat, istismara qəbul və icazə aktları təqdim edilməlidir.
Eləcə də iştirakçılardan son üç il ərzində tikinti - quraşdırma işləri üçün ən azı 30 milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər.
Tenderdə iştirak üçün sənədlər (tender təklifi və bank təminatı istisna olmaqla) 24 yanvar 2024-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 1 fevral 2024-cü il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ün¬vanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxt¬dan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 2 fevral 2024-cü il saat 16.00-da açılacaqdır.