“Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ (VÖEN – 5200287501) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 33 898 511 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 26 fevral 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə, saat 15:00-da keçiriləcək.
İştirak haqqı 5085 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Zaur İbrahimov - Satınalmalar və təchizat departamentinin müdiri
[email protected]
+994 51 207 89 98
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 26 fevral 2026-cı il, saat 15:00-a qədər Zəngilan rayonu, Zəngilan şəhəri ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, tenderdə görüləcək işlərin siyahısı açıqlanmayıb.










