“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ (VÖEN – 6200481481) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkilidir. Ehtimal olunan qiymət 49 970 705 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 27 fevral 2026-cı il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 7496 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs:Kənan Əzimzadə - Koordinator
[email protected]
+994 10 326 97 05
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 27 fevral 2026-cı il, saat 17:00-a qədər AZ0400, Ağcabədi rayonu, Taxta Körpü ünvanına təqdim edə bilərlər.










