“Azərişıq” ASC Zəngilan Beynəlxalq Hava Limanının elektrik enerjisi ilə təminatı üçün təkliflər sorğusu elan edib.
Eləcə də bax: "Azərişıq" 6 milyon manatlıq kabel çəkəcək - TENDER
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 750 manatdır.
İddiaçılar təkliflərini martın 17-si, saat 12:00-a qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Sorğunun nəticəsi martın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. (Report)