"Azərişıq" ASC Bakının Binəqədi rayonundakı 220/110 kV-luq "Böyükşor" yarımstansiyasından Nərimanov rayonundakı 110/35/6 kV-luq 203 saylı yarımstansiyaya 110 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: "Bakı Metropoliteni"nin 2,4 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlmata görə, tenderin qalibi "İTES Company" QSC-dir.
Qalib şirkətə 5,686 milyon manat ödəniləcək.