Azərbaycanda işıqforların quraşdırılması üzrə böyük tender elan edilib.
Laçında kanat yolunun tikintisi üçün - 20 MİLYONLUQ TENDERLƏR UDULDU
FED.az xəbər verir ki, Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdikdə olan "Siqnal" İxtisaslaşdirilmişlayihə-İstehsalat İdarəsi İşıqforlar və ona aid ehtiyyat hissələri, zəruri mal-materialların satınalınması üzrə tender elan edib.
Əslində bu bir ay əvvəl edilən, amma baş tutmayan tenderin yenidən təkrar edilməsidir. Belə ki, eyni mal və xidmətin alınması üzrə mayın 19-da da tender elan edilmişdi.
Bu gün vaxtı başa çatan tender baş tutmadığından o yenidən elan edilib.
Ümumilikdə 50 işıq dirəyə və sair avadanlıqların alınmasını nəzərdə tutan tenderin ümumi məbləği 3,6 milyon manat təşkil edir.
Tender üzrə təkliflərin qəbulu və zərflərin açılması iyulun 24-də baş çatacaq.