“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxs elan etdiyi satınalma ləğv olunub.
FED.az xəbər verir ki, ləğv olunan tender Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tabeliyində olan Yaradıcılıq Mərkəzinin cari təmir işlərinin satın alınması olub.
Ləğv edilmə səbəbi kimi qeyd olunur ki, təqdim olunan təkliflərin heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb.
Bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-9224/2025 nömrəli 17 sentyabr 2025-ci il tarixli qərarına əsasən, satınalmanın şərtlər toplusunda malların markasının qeyd edilməsi səbəbi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə uyğun olaraq təqdim olunan təkliflər şərtlərə cavab verməyib və buna görə də prosedur ləğv olunub.