Yerüstü Nəqliyyat Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki. elanda "Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) yol xətlənməsi (maşın ilə (borum ilə))"nin satın alınması nəzərdə tutulur.
Açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
VÖEN: 1506095421
H/h: AZ28AZPO91015461200420100099
Bankın adı: "Azərpoçt" MMC PF1
VÖEN: 9900037711
KOD: 691011
M/h: AZ76NABZ01350100000000094944
S.W.I.F.T. AZPOAZ22
Tenderdə iştirak haqqı - 1200 (bir min iki yüz) manatdır.
Əlaqələndirici şəxs: Sərdarlı Rüfət (satınalma və təchizat şöbəsinin aparıcı mütəxəssisi), Tel: (+99412) 566-52-58 (daxili 173), Mob: 050-278-15-00. Email:[email protected]
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün ərizə;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;
3. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4. Tender təklifi;
5. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
6. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
7. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
8. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
9. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
10. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
11. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
12. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
13. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
14. Malgöndərinin kadr imkanları - Tenderin predmeti üzrə şirkətin cəlb edəcəyi mütəxəssislərə dair məlumat cədvəli, İşçi heyət barədə CV məlumatları, Cəlb ediləcək işçi heyətin layihə üzrə iş qrafiki barədə məlumat, Xətlənmə işlərini icra edə bilən zəruri sayda (minimum 20 nəfər olmaqla) peşəkar mütəxəssis heyətinə malik olmalı və bununla bağlı müvafiq təsdiqedici sənədlər təqdim olunmalı və azı 1 ədəd sətəm mütəxəssisi təqdim olunmalıdır.
15. Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi - Ən azı 1 ədəd yol işlərinin görülməsi sahə üzrə iş təcrübəsi olmalıdır.
16. Malgöndərənin texniki imkanları.
İddiaçı Predment üzrə işləri yerinə yetirmək üçün zəruri olan maddi-texniki bazaya (ixtisaslaşmış nəqliyyat vasitələrinə, cihaz, avadanlıq, inventarlara) sahib olmalı və bu imkanlara sahib olduğunu sübut edən sənədlər, müəssisənin əmlakı və ya icarə müqaviləsi olması barədə sənəd təqdim edilməlidir.
Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçının təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 05.10.2023-cü il saat 17:00 tarixinə, tender təklifi və tender təklifinin bank təminatını isə 13.10.2023-cü il saat 17:00 tarixinə qədər kağız daşıyıcıda ikiqat zərfdə (əsli və surəti) Bakı şəhəri Hacı Məmmədov küçəsi 5 ünvanında yerləşən "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-nin inzibati binasına təqdim etməlidirlər. İddiaçıların təklifləri 16.10.2023-cü il saat 17:00 tarixində açılacaqdır.