Yerüstü Nəqliyyat Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir kİ. elanda Ayna informasiya sisteminin yaradılması işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 2 000 manatdır.
Müsabiqənin başlama tarixi və vaxtı: 30.08.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
03.10.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 12.10.2023 17:00
Hesab nömrəsi: AZ88AZPO91015461200420300100
Bankın adı: ”Azərpoçt” MMC PF1
Bankın kodu: 691011
Müxbir hesab: AZ76NABZ01350100000000094944
Bankın VÖEN-i: 9900037711
Swift kodu: AZPOAZ22
Ödəniş şərtləri - işlər və xidmətlər üzrə hesab-faktura, elektron qaimə-faktura təhvil-təslim aktı təqdim olunduqdan sonra 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri - Bakı şəhəri Hacı Məmmədov küçəsi 5
Çatdırılma müddəti - 29.12.2023-cü il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; sənədlər notarial qaydada təsdiq edilməlidir.
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş; (sənədin tarixi elandan sonrakı tarix olmalıdır). Bank tərəfindən təqdim olunmalıdır- sənədin əsli təqdim edilməlidir.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış. (sənədin tarixi elandan sonrakı tarix olmalıdır) Sənəd notarial qaydada təsdiq edilməlidir.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti; Cari tarixə qüvvədə olan arayış təqdim edilməlidir.
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd. (sənədin tarixi elandan sonrakı tarix olmalıdır).
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd; (sənədin tarixi elandan sonrakı tarix olmalıdır) Sənəd notarial qaydada təsdiq edilməlidir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; (sənədin tarixi elandan sonrakı tarix olmalıdır) Sənəd notarial qaydada təsdiq edilməlidir.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd. (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
“Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi ilə əlaqəli” lisenziya tələb olunur.
Qeyd olun qiymət cədvəlində ən azı bir predmet üzrə demo versiya təqdim olunmalıdır. (Qiymət təklifi verilən zaman təqdim olunması zərurudir.)
İxtisas göstəriciləri:
Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu.( Backend üzrə ən azı 6 nəfər, Fronten üzrə ən azı 4 nəfər ,Dizayner ən azı 2 nəfər Testeren üzrə azı 1 nəfər (əməkdaşların zəruri sənədləri
Oxşar iş üzrə ən azı 1 (bir) tam yekunlaşmış layihə; Bununla bağlı müqavilə, təhvil-təslim aktları və elektron qaimələr təqdim edilməlidir. Elektron qaimələr digər sanədlərin həqiqiliyini yoxlamaq üçün tələb olunur və təqdim edilməsi zəruridir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rüfət Sərdarlı, Aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012-566-52-58
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılmasını təmin edən altsistemin yaradılması |
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunun aparılmasını təmin edən altsistemin yaradılması |
1 |
ədəd |
2 |
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı"nın verilməsi ilə bağlı elektron sistemin yaradılması; |
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı"nın verilməsi ilə bağlı elektron sistemin yaradılması; |
1 |
ədəd |
3 |
Rəqəmsal taxoqraf kartının verilməsi üçün müraciətin qəbulu elektron xidmətinin, emalatxanaların və taxoqraf kartlarının reyestrinin yaradılması |
Rəqəmsal taxoqraf kartının verilməsi üçün müraciətin qəbulu elektron xidmətinin, emalatxanaların və taxoqraf kartlarının reyestrinin yaradılması |
1 |
ədəd |
4 |
İriqabaritli və/və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı elektron xidmətin yaradılması |
İriqabaritli və/və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı elektron xidmətin yaradılması |
1 |
ədəd |
5 |
Məlumatların toplanılmasını, emalını və saxlanılmasını, müraciətlərə baxılmanı və onların cavablandırılmasını, daxil edilmiş sənədlərin surətlərinin avtomatik oxunmasını təmin edən “iş axınının idarə olunması” altsisteminin yaradılması |

6 |
Elektron bildirişlər göndərilməsini və göndərilən bildirişlərin qeydiyyatının aparılmasını təmin edən “məlumatlandırma” altsistemi |
Elektron bildirişlər göndərilməsini və göndərilən bildirişlərin qeydiyyatının aparılmasını təmin edən “məlumatlandırma” altsistemi |
1 |
ədəd |
7 |
Sərnişin və yük daşımaları yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən "daşıyıcılar" altsisteminin yaradılması |
Sərnişin və yük daşımaları yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən "daşıyıcılar" altsisteminin yaradılması |
1 |
ədəd |
8 |
Digər dövlət orqanlarının sistemləri ilə inteqrasiya üçün inteqrasiya şininin yaradılması |
Digər dövlət orqanlarının sistemləri ilə inteqrasiya üçün inteqrasiya şininin yaradılması |
1 |
ədəd |
9 |
Avtovaǧzallara pasport verilməsi elektron xidmətin və avtovağzalların qeydiyyatı sisteminin yaradılması |
Avtovaǧzallara pasport verilməsi elektron xidmətin və avtovağzalların qeydiyyatı sisteminin yaradılması |
1 |
ədəd |
10 |
İcazə blanklarının sifarişi sisteminin yaradılması |
İcazə blanklarının sifarişi sisteminin yaradılması |
1 |
ədəd |
11 |
Xüsusi hazırlığa dair şəhadətnamələr altsisteminin yaradılıması |
Xüsusi hazırlığa dair şəhadətnamələr altsisteminin yaradılıması |
1 |
ədəd |
12 |
Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları üçün formulyarın elektron qaydada tərtib edilməsini təmin edən altsistemin yaradılması |
Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları üçün formulyarın elektron qaydada tərtib edilməsini təmin edən altsistemin yaradılması |
1 |
ədəd |
13 |
Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən sistemin qurulması |
Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən sistemin qurulması |
1 |
ədəd |