"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi yeraltı avtomobil dayanacağı komplekslərində mühafizə xidmətlərinin satınalınması məqsədilə keçirdiyi tenderə yekun vurub.
Ağdamda 615 min manatlıq üç layihə üzrə tender elan olunub - DETALLAR
Tenderin qalibi “Kapital Security” QSC olub. Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 277.238,07 AZN təşkil edir.
Satınalma çərçivəsində mühafizə xidmətləri iki fərqli yeraltı avtomobil dayanacağı kompleksini əhatə edir:
-
Neftçilər prospektində, Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağı üçün xidmətlər 2 keşikçi postunda, hər postda 3 mühafizəçi olmaqla, 24/7 rejimində, 12 ay müddətində həyata keçiriləcək.
-
Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında yerləşən yeraltı dayanacaqda isə xidmətlər 4 keşikçi postunda, hər postda 3 mühafizəçi olmaqla, yenə 24/7 rejimində və 12 ay müddətində göstəriləcək.