Ağdam Rayon İcra Hakimiyyəti ümumi dəyəri 615.002,70 AZN olan üç tender elan edib.
Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın - PUL QAZANDI
FED.az xəbər verir ki, hər üç satınalma Quzanlı və ətraf ərazilərdə aparılacaq təmir və abadlıq işlərini əhatə edir. Tenderlərə təkliflərin qəbulu 09 iyul 2025-ci il saat 17:00-da başa çatır və həmin tarixdə zərflərin açılışı da keçiriləcək.
Birinci tender Ağdam rayon ərazisində abidələrin abadlaşdırılması işləri ilə bağlıdır. Layihənin ehtimal olunan qiyməti 205.002,70 AZN təşkil edir. Abidələrin restavrasiyası və ətraf ərazilərin abadlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
İkinci tender Quzanlı qəsəbəsində yerləşən qeyri-yaşayış binasının əsaslı təmiri ilə bağlıdır. Bu satınalmanın dəyəri 205.000 AZN olaraq müəyyən edilib. Layihə çərçivəsində binanın tam təmiri, kommunikasiya sistemlərinin yenilənməsi və funksional hala gətirilməsi planlaşdırılır.
Üçüncü tender isə Quzanlı qəsəbəsi, “daş evlər” adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmirini əhatə edir. Bu layihənin də ehtimal olunan qiyməti 205.000 AZN-dir. Evlərdə çat və zədəli konstruksiyaların bərpası, dam örtüyü və fasad işləri nəzərdə tutulur.
Bütün tenderlər üçün iştirak haqqı 350 AZN təşkil edir. Maraqlanan podratçılar, sənədlərlə bağlı suallarını mühəndis İlkin Aslanova ünvanlaya bilərlər. O, həm malgöndərənlərlə birbaşa əlaqəni təmin edir, həm də prosesə dair məlumat mübadiləsini aparır. Əlaqə üçün e-poçt ünvanı [email protected], telefon nömrəsi isə +994 26 325 00 06-dır.