“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin 2025-ci il üzrə fəaliyyətinin təşkili və idarə olunması ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi” məqsədilə tender keçirib.
Bu şirkət DOST Mərkəzini elektriklə təmin edərək - 948 MİN QAZANACAQ
FED.az xəbər verir ki, xidmətin satın alınması üçün qalib şirkət “Shusha Hotel Company” MMC olub. Qalib şirkətin VÖEN-i 8600217891-dir.
Tender müqaviləsinin ümumi məbləği isə 1.319.601,79 AZN təşkil edir.
Qeyd edək ki, “Shusha Hotel Company” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin hüquqi ünvanı AZ5800, Şuşa rayonu, Şuşa şəhəri, Aslan Qaraşarov ünvanında yerləşir.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).