Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən 6 saylı DOST Mərkəzinin xarici elektrik təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu hərbi biletlərin çapına yarım milyondan çox - PUL SƏRF EDƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Azcis” MMC (VÖEN: 1200935991) olub.
Qalib şirkətə 948 447 manat ödəniləcək.
Qeyd edək ki, “Azcis” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 90 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sayalı Rüstəmli Elsevər qızıdır. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Vaqif pr., ev 3, m. 152 ünvanında yerləşir.