Təhsil Nazirliyinin Təsərrüfat Hesablı əsaslı Tikinti və Təchizat İdarəsi məktəb tikintisinin layihələndirilməsi üçün elan etdiyi tenderlərin qaliblərini açıqlayıb.
Eləcə də bax: Dövlət universitetinə - YENİ KORPUS TİKİLƏCƏK - ELAN
FED.az xəbər verir ki, qurum tenderlərin qaliblərinə ümumilikdə 459 min 990 manat ödəyəcək.
Tenderlərin qalibləri və məbləğlər aşağıdakı kimidir:
"Azərdövlətsənayelayihə" – 87 min manat
Ağcabədi rayonu, Saricali kənd 360 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazirlanmasinin satınalınması
"Sosial-Inkişaf Layihə" MMC – 115 min 730 manat
Gəncə şəhərində 760 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazirlanmasinin satınalınması
"Sosial-Inkişaf Layihə" MMC – 55 min 820 manat
Mingəçevir şəhərində 450 şagird yerlik 12 nömrəli tam orta məktəbin əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması
"BİMD" MMC – 94 min 490 manat
Tərtər rayonu, Xoruzlu kənd 432 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması
"Azkommunlayihə" – 106 min 950 manat
Samux rayonu, Çobanabdallı kənd 624 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması