Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı Şəhər Ərazi Nümayəndəliyi “Yardımlı şəhəri, H. Əliyev, M.Ə. Sabir, V. Nəciyev, C. Həsənov, şəhid E. Mansurov, H. Aslanov küçələrində və Yardımlı şəhər Şəhidlər xiyabanında abadlıq işlərinin (2-ci mərhələ) satınalınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Miray MH” MMC olub. Şirkətlə 337 min 673.04 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət həmçinin Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər Şəhəri Üzrə Nümayəndəsinin 56 min 659.12manat məbləğində “Yaşayış binalarının əsaslı təmiri işlərinin satın alınması” tenderinin qalibi seçilib (07.12.2022).