Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 01 noyabr 2022-ci il tarixdə elan edilmiş Ölkənin təhsil müəssisələrindəki kompüterlərə texniki dəstək xidmətlərinin göstərilməsi zamanı mövcud kompüterlərin və digər İKT avadanlıqlarının sıradan çıxmış detalların təmiri və yeniləri ilə əvəz olunması üçün iş və xidmətlərin satınalınması üzrə təkliflər sorğusu proseduru ilə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib.
FED.az xəbər verir ki, satınalmanın qalibi “AzEduNet” MMC müəyyən edilib. Həmin təşkilatla müvafiq qaydada 01 dekabr 2022- ci il tarixində 398,476.83 (Üç yüz doxsan səkkiz min dörd yüz yetmiş altı manat, 83 qəpik ƏDV ilə birlikdə) manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanılıb.