Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi (VÖEN: -) Xocavənd rayonunun Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kv.m olan 26 ədəd fərdi yaşayış evinin təmiri ilə bağlı tenderi yekunlaşdırıb.
İşlərin icrası “Capitel Group” MMC (VÖEN: 2005752931) tərəfindən həyata keçiriləcək.
Müqavilənin məbləği 1 milyon 526 min 925,44 AZN təşkil edir.
Xocavənd rayonunun Tağaverd kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 5049 kv.m olan 30 fərdi yaşayış evinin təmiri ilə bağlı işlərin icrası "Frekans Construction and Energy Company" MMC və “Uğur Tikinti” MMC tərəfindən birgə fəaliyyət göstərən müəssisələr birliyi (konsorsium) formasında həyata keçiriləcək. Müqavilənin məbləği 1 milyon 921 min 600,87 manat təşkil edir.
Satınalmalar bir mənbədən satınalma metodu ilə baş tutub.