Azərbaycan Respublikasının Xocalı şəhərində inşa ediləcək Xocalı Soyqırımı Memorialı Kompleksi üçün yeni tikinti layihəsi həyata keçiriləcək.
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
FED.az xəbər verir ki, tikinti işlərinin satın alınması üzrə qalib şirkət “Cronos Construction” MMC olub. Layihə “Əsaslı Tikinti və Təchizat” MMC -nin sifarişi ilə gerçəkləşəcək.
Müqavilənin ümumi dəyəri 17.651.140,83 manat təşkil edir. Qeyd edək ki, bu satınalma prosesi dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə aparılmayıb. Yəni, bu müqavilə elektron satınalma yolu ilə deyil, birbaşa prosedur əsasında həyata keçirilib.
Qeyd edək ki, “Cronos Construction” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 200 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlham Əliyev Fərrux oğludur. Hüquqi ünvanı AZ1106, Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 28 ünvanında yerləşir.