"Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsi (VÖEN: 1300059121) satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, satınalma Xocalı şəhər inzibati ərazisində bir sıra fərdi yaşayış evlərinin təmir və yenidənqurulması işlərinə aiddir.
Satınalma “bir mənbə” metodu ilə həyata keçirilib. Qalib “Şinkar Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilə məbləği 3 milyon 365 min 699,84 manat təşkil edir.
Qeyd edək ki, bundan öncə də PHŞ “Şinkar Holding-lə Xocalı rayonu, Ballıca kəndində 63 fərdi yaşayış evlərinin cari təmiri işləri üçün 3 milyon 312 min 708,4 manat lıq müqavilə bağlayıb.
Qeyd edək ki, “Şinkar Holding” 1999-cu ildə yaradılıb. Şirkətin sərmayəsi 3 milyon manatdır. MMC-nin qanuni təmsilçisi Ələsgər Mehdiyev Fərrux oğludur.