Xarici İşlər Nazirliyinin (XİN) binası təmir olunacaq.
Eləcə də bax: Təhsil Nazirliyinin 12,5 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, nazirlik bununla bağlı elan etdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb.
Qeyd olunub ki, XİN-in Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən binasında təmir-tikinti işlərinin satın alınması ilə əlaqədar keçirilən təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.
Tender Komissiyasının yekun qərarına əsasən “Pro Build” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi bağlanılıb.