Bu ilin yanvar-fevral aylarında dövlət satınalmalarının ümumi məbləği 1 milyard 119,4 milyon manat olub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% artım deməkdir.
Azərbaycanda keçirilən satınalmalarda iştirak məbləğlərinin - AZALMASI GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Rəis qeyd edib ki, 2022-ci ilin yanvar-fevral aylarında dövlət satınalmalarının ümumi məbləği 890,2 milyon manat təşkil etmişdi.