“Daşkəsən Dəmir Filiz” MMC “Gəncə-Daşkəsən marşrutu və əks istiqamətdə işçilərin daşınması xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Scanex Enterprises Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı olub.
Qalib şirkətə 111 350 manat ödəniləcək.
Daşıma xidməti ilə bağlı daha detallı :
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
1 ədəd 18+2nəfərlik nəqliyyat vasitəsi ilə daşınma (işçilərin Daşkəsən şəhərinə çatdırılma saatı: 08:00, işçilərin Gəncə şəhərinə çatdırılma saatı: 22:00) |
Gəncə - Daşkəsən (Daşkəsən Dəmir Filiz) və əks istiqamətdə (bir tərəfli məsafə 48-50 km). Gündəlik 2 reys(1 ədəd NV-si üçün): saat 08:00-da işçilərin Daşkəsən şəhərinə çatdırılması və 08:00-da gecə növbəsindən çıxan işçilərin Gəncə şəhərinə çatdırılması, saat 20:00-da gecə növbəsinə gələn işçilərin Daşkəsən şəhərinə çatdırılması və gündüz növbəsindən çıxan işçilərin Gəncə şəhərinə çatdırılması. Reys dedikdə Gəncə şəhərindən Daşkəsən şəhərinə və əks istiqamətdə hərəkət nəzərdə tutulmuşdur. Qeyd: Ölçü vahidi əsas şərtlər toplusunda "reys"-dir. Portalda "reys" ölçü vahidi olmadığı səbəbindən "ədəd" olaraq qeyd olunmuşdur. Xahiş olunur ölçü vahidini "reys" olaraq nəzərə alasınız. |
730 |
ədəd |
2 |
2 ədəd 18+2 nəfərlik nəqliyyat vasitəsi ilə daşınma (Yalnız iş günləri 08:00-17:00) |
Gəncə - Daşkəsən (Daşkəsən Dəmir Filiz) və əks istiqamətdə (bir tərəfli məsafə 48-50 km) İşçilərin Daşkəsən şəhərinə çatdırılması: 08:00, 17:00-da işdən çıxan əməkdaşların Gəncə şəhərinə çatdırılması 15-20 dəq gözləməklə Reys dedikdə Gəncə şəhərindən Daşkəsən şəhərinə və əks istiqamətdə hərəkət nəzərdə tutulmuşdur. Qeyd: Ölçü vahidi əsas şərtlər toplusunda "reys"-dir. Portalda "reys" ölçü vahidi olmadığı səbəbindən "ədəd" olaraq qeyd olunmuşdur. Xahiş olunur ölçü vahidini "reys" olaraq nəzərə alasınız. |
580 |
ədəd |