Dövlət Turizm Agentliyi (VÖEN – 1404365471) ümumi dəyəri 821 914 manat olan 2 açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderlərin predmeti müxtəlif ölkələrdən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkilidir. Satınalmalar aşağıdakı kimidir:
Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər üzrə səfərlərin təşkili. Ehtimal olunan qiymət 597 527 manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 3 mart 2026-cı ildir. İştirak haqqı 450 manatdır.
Sinqapur, İndoneziya və Malayziya üzrə səfərlərin təşkili. Ehtimal olunan qiymət 224 387 manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 4 mart 2026-cı ildir. İştirak haqqı 350 manatdır.
Tenderlər 10 fevral 2026-cı il tarixində dərc edilib. Zərflərin açılışı müvafiq olaraq son təqdimat tarixlərində həyata keçiriləcək.
İstifadə haqqı hər bir tender üçün 25 manat təşkil edir.
Əlaqələndirici şəxs:Mehman Bayramov -Sektor müdiri
[email protected]
+994 12 505 87 04 (2304)
İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Nəsimi rayonu, Ü. Hacıbəyli 134 ünvanına təqdim edə bilərlər.











