Dövlət Turizm Agentliyi (VÖEN – 1404365471) müxtəlif ölkələrdən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili məqsədilə ümumi dəyəri 1 milyon 535 min 155 manat olan 3 açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmalar aşağıdakı kimidir:
Bəhreyn, Misir, Küveyt və Omandan qonaqlar üçün tanışlıq səfərləri: Ehtimal olunan qiymət 395 754 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 27 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq.
Yaponiya və Pakistandan qonaqlar üçün tanışlıq səfərləri: Ehtimal olunan qiymət 454 615 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 2 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq.
Qazaxıstan, Özbəkistandan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması: Ehtimal olunan qiymət 684 786 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 27 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq.
İştirak haqqı ilk iki tender üçün 350 manat, sonuncu tender üçün 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Mehman Bayramov - Sektor müdiri
+994 12 505 87 04 (2304)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Nəsimi rayonu, Ü. Hacıbəyli 134 ünvanına təqdim edə bilərlər.











