Xarici İşlər Nazirliyi təkliflər sorğusu elan edir.
Xarici İşlər Nazirliyi 1 milyon manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, tender elanı Xarici İşlər Nazirliyinin inzibati binasında və həyətyanı sahəsində təmir işlərinin davamı olaraq cari təmir işlərinin satın alınması işlərini əhatə edir.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: +994125969103
Satınalan təşkilatın ünvanı: Sh.Qurbanov küç.50, Bakı AZ1009
Sənəd qəbulunun başlama tarixi və vaxtı:27.03.2023 18:30
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 10.04.2023 10:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.