“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ yaşayış və qeyri yaşayış sahələrində təmir işləri bağlı bir neçə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkətlərdən biri "Geno Qrup" MMC-dir (VÖEN: 1701897791). Qalib şirkətə 417 min 29manat ödəniləcək.
“Təməl Tikinti” (VÖEN: 1006377091) şirkəti ilə 40 milyon 690 min 294 manat müqavilə imzalanıb.
"Bəyaz İnşaat" MMC (VÖEN: 2001329971) 675 min 786 manat dəyərində təmir işlərini həyata keçirəcək.
Bununla yanaşı, "Victory Construction" MMC (VÖEN: 1202974881) ilə 825 min 278 manat məbləğində müqavilə bağlanıb.
Bütün satınalmalar bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Bundan öncə isə qurum "Granat Construction" MMC ilə(VÖEN: 1306253521)360 min 97 manatlıq, “Harmony İndustrial Construction and Engineering Group” (VÖEN: 1500429791) şirkəti ilə 3 milyon 998 min 513 manatlıq, "Safari" MMC ilə (VÖEN: 1505208751) 598 min 25 manat dəyərində "İnşaat-Neftçi" MMC (VÖEN: 2100033271) ilə 239 min 892 manat, "İnvestaz" MMC (VÖEN: 6400004041) ilə 1 milyon 625 min 40 manat, "Fərid-İnşaat" MMC (VÖEN: 4000089481) ilə 354 min 732 min manat, "Araz İnşaatçı" MMC (VÖEN: 1500839291) ilə 169 min 994 manat, "AKA" şirkəti (VÖEN: 1000251171) ilə 1 milyon 134 min 183 manat dəyərində müqavilə imzalayıb.