“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ yaşayış və qeyri yaşayış sahələrində təmir işləri bağlı bir neçə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkətlərdən biri "Granat Construction" MMC-dir (VÖEN: 1306253521). Qalib şirkətə 360 min 97 manat ödəniləcək.
“Harmony İndustrial Construction and Engineering Group” (VÖEN: 1500429791) şirkəti ilə 3 milyon 998 min 513 manat müqavilə imzalanıb.
"Safari" MMC (VÖEN: 1505208751) 598 min 25 manat dəyərində təmir işlərini həyata keçirəcək.
Bununla yanaşı, "İnşaat-Neftçi" MMC (VÖEN: 2100033271) ilə 239 min 892 manat, "İnvestaz" MMC (VÖEN: 6400004041) ilə 1 milyon 625 min 40 manat, "Fərid-İnşaat" MMC (VÖEN: 4000089481) ilə 354 min 732 min manat, "Araz İnşaatçı" MMC (VÖEN: 1500839291) ilə 169 min 994 manat, "AKA" şirkəti (VÖEN: 1000251171) ilə 1 milyon 134 min 183 manat dəyərində müqavilə imzalanıb.
Bununla yanaşı Xocalı rayonu, Təzəbinə və Ballıca kəndlərində 65 fərdi evlərin cari təmirinin layihələndirilməsi işlərini 62 min 293 manata “Himmen Construction” (VÖEN: 1304034061) həyata keçirəcək.