Tenderlər

Xaçmazda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

Xaçmazda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR | FED.az
21:53 14 Sen 2020

2020-ci ilin yanvar-sentyabr aylarında Xaçmaz rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 6 milyon 934 min 398 manat olan 23 tender keçirilib.

Eləcə də bax: Qax rayonunda tenderləri hansı şirkətlər udur? - MƏBLƏĞLƏR - SİYAHI

FED.az-ın məlumatına görə, ən çox tenderi Xaçmaz rayon İcra Hakimiyyəti keçirib. İcra hakimiyyəti 11 tender keçirib.

Ümumi məbləğinə görə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi birincidir. İdarənin tenderlərinin ümumi məbləği 4 milyon 876 min 893 manat olub. 

Xaçmaz rayon Mərkəzi Xəstəxanası isə bu il ümumi məbləği 800 min 326 manat olan 8 tenderinə yekun vurub.  

Rayonun ən böyük tenderlərini “Aznof” MMC (4,7 milyon manat), "Taleh-A T” (953 min manat), "Tikinti Bərpa Firması" MMC (290 min manatlıq 2 tender) qazanıb.

Ən çox tender qazanan şirkət isə "Alyans MT" MMC olub. Şirkət icra hakimiyyətinin 6 tenderini qazanıb. Xaçmaz İH 6 tender üçün "Alyans MT" MMC-yə 162 min 944 manat ödəyib.

FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Xaçmaz rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.

No description available.

Digər xəbərlər