İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması (II elan)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Vitta Elmi-Texnik” QSC olub. Şirkətlə 6 665 115 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də Dövlət Miqrasiya Xidmətinin 31 003 manat məbləğində “Dövlət Miqrasiya Xidmətinin Tibb müəssisəsinə tələb olunan reagent və sərf materiallarının satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (24.11.2022).