İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması (II elan)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub. Şirkətlə 1 983 869 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də Bakı Sağlamlıq Mərkəzinin 9 791 229 manat məbləğində “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (24.11.2022).