Bakı Şəhər Əsaslı Tikinti və Təmir “"Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsində Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC üçün inşa ediləcək inzibati bina" tikintisinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Vest LTD” QSC olub. Şirkətlə 3 milyon 939 min 720.07 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 3 milyon 318 min 504.15 manat dəyərindəki “Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması“ tenderi üzrə müqavilə imzalanıb (23.12.2022) .