Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi “Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satınalınması” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Vest-LTD" QSC olub. Şirkətlə 1 milyon 976 min 246.42 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri Və Uşaq Evləri İdarəsinin 2 min 500 manat “Bakı Şəhəri Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin nəzdində olan 1 saylı və 3 saylı uşaq evlərində tikili və avadanlıqların cari təmir işlərinin satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (21.10.2022) .