Minatəmizləmə Agentliyi “İşçilərin tibbi və fərdi qəza sığortası xidmətləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Paşa Sığorta” ASC olub.
Şirkətlə müvafiq olaraq tender üzrə 117 min 596 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 8 min 489.29 manat məbləğindəki “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mülkiyyətində olan Bakı və Mingəçevir şəhərlərində yerləşən Məlumat Mərkəzlərin 1 (bir) illik könüllü sığortası xidmətinin satın alınması” üzrə müqavilə bağlanılıb (04.11.2022)