Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən elan edilən ləğv edilib.
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” 12 gün içində 10 milyonluq - TENDERLƏR ELAN EDİB
FED.az xəbər verir ki, tender “1C proqram təminatına texniki dəstək xidmətlərinin satınalınması” üzrə elan edilmişdi.
Tenderin ləğv edilməsinə səbəb “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinə əsaslanır. Təqdim olunan təkliflərin heç biri şərtlər toplusunun tələblərinə uyğun gəlmədiyi üçün satınalma prosesi dayandırılıb.
Tenderin ehtimal olunan dəyəri 99.672,24 manat təşkil edirdi. Bu vəsait “1C” proqram təminatının texniki dəstək və xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuşdu.
Müsabiqə 19 fevral 2025-ci il saat 14:49-da dərc olunmuş, təkliflərin son təqdim edilmə tarixi və zərflərin açılış vaxtı isə 12 mart 2025-ci il saat 15:00 olaraq müəyyən edilmişdi. Lakin heç bir təchizatçının təklifi şərtlərə cavab vermədiyindən satınalma proseduru nəticəsiz qalıb.
Qeyd edək ki, bu cür hallarda satınalma orqanı müsabiqəni ləğv edir və ehtiyac olduğu təqdirdə tender yeni texniki şərtlərlə yenidən elan edə bilər.