“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən müxtəlif texniki və xidmət yönümlü sahələr üzrə may ayı ərzində 9 tender elan edilib.
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
FED.az xəbər verir ki, quruma aid ümumilikdə 9 tender üzrə ehtimal olunan satınalma dəyəri 9 milyon 675 min 461 manat təşkil edir.
Tenderlər arasında ehtimal olunan məbləğə görə ən yüksək üç satınalma diqqəti xüsusilə cəlb edir.
Yekunlaşma tarixi 13 iyun 2025-ci il olan və dəyəri 3 milyon 688 min 532 manat olan tender, təmiz su üçün nəzərdə tutulan mərkəzdənqaçma nasos aqreqatlarının alınmasını nəzərdə tutur.
İkinci ən yüksək məbləğli tender isə 2 milyon 635 min 659 manat məbləğindədir və bu tender də eyni tarixdə yekunlaşacaq. Bu satınalma çirkab su üçün nəzərdə tutulan mərkəzdənqaçma nasos aqreqatlarının təmin olunmasını əhatə edir.
Üçüncü yerdə isə 716 min 766 manatlıq tender qərar tutur. 4 iyun 2025-ci ildə yekunlaşacaq bu müsabiqə ağır texnika üçün ehtiyat hissələrinin alınmasına hədəflənib.
Daha ətraflı məlumat aşağıdakı cədvəldə:
№ |
Satınalma predmeti |
Bitmə tarixi |
Ehtimal olunan qiymət |
Müsabiqədə iştirak haqqı |
Əlaqəli şəxs |
1 |
Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan yükləyici nəqliyyat vasitələri üçün lazım olan ehtiyat hissələrinin satın alınması |
05.06.2025 17:00 |
|
135 AZN |
Elçin İbrahimov
Aparıcı məsləhətçi
Elcin.İ[email protected]
+994 50 323 64 99 |
2 |
Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan traktorlar üçün lazım olan ehtiyat hissələrinin satın alınması |
04.06.2025 18:00 |
437.692,80 AZN |
350 AZN |
|
3 |
Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan ağır texnika üçün lazım olan ehtiyat hissələrinin satın alınması |
04.06.2025 17:00 |
716.766,10 AZN |
450 AZN |
|
4 |
Dalğıc tipli nasos aqreqatları və elektrik dərinlik subartezian nasos aqreqatlarının satın alınması |
03.06.2025 17:00 |
587.709,23 AZN |
450 AZN |
Nigar Imanova
Satınalmaların təhlili və müqavilələrin idarə olunması şöbəsi
+994 12 431 47 67 (3390) |
5 |
Kabel sınaq və diqanostika cihazları üçün nəqliyyat vasitəsinin satın alınması |
04.06.2025 17:00 |
664.819,00 AZN |
450 AZN |
Məmmədyar Musayev
Satınalmaların təhlili və müqavilələrin idarə olunması şöbəsi
+994 99 412 43 14 (767338) |
6 |
Çirkab su üçün nəzərdə tutulan mərkəzdənqaçma nasos aqreqatlarının satın alınması |
13.06.2025 17:00 |
|
1 000 AZN |
|
7 |
Təmiz su üçün nəzərdə tutulan mərkəzdənqaçma nasos aqreqatlarının satın alınması |
13.06.2025 17:00 |
|
1 000 AZN |
|
8 |
Daşınan və daşınmaz əmlaka, iş alətləri və avadanlıqlara dəyən ziyanın qiymətləndirilməsi xidmətinin satın alınması |
04.06.2025 17:00 |
140.361,00 AZN |
250 AZN |
Elşən İsmayılzadə
böyük məsləhətçi
+994 50 289 41 07 |
9 |
Xüsusi geyimlərin satın alınması |
03.06.2025 17:00 |
736.479,36 AZN |
450 AZN |