Azərbaycanın sağlamlıq turizm potensialının araşdırılması, yaradılması imkanları və yerlərdə tədqiqatın aparılması, müalicə-sağlamlıq turizminin inkişaf etdirilməsi üçün təkliflər hazırlanacaq və təlimlər keçiriləcək.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyi “Sağlamlıq turizminin inkişafı üzrə xidmətlərin satın alınması” üçün elan etdiyi müsabiqəyə yekun vurub və fiziki şəxs Vüqar Səttar oğlu Dərgahov qalib elan edilib.
Eləcə də bax: Dövlət qurumu tibbi sığorta xidməti alır - TENDER
Müsabiqənin şərtlərinə görə, tanınmayan balneoloji və mineral suların inkişaf etdirilməsi üçün tədqiqat aparılmalı, turizm əhəmiyyəti araşdırılmalı, turizm-kurort inkişaf layihə planı hazırlanmalıdır. Həmçinin Azərbaycanın sağlamlıq turizm potensialı araşdırılmalı, tədqiqat aparılmalı, müalicə-sağlamlıq turizminin inkişaf etdirilməsi üçün təkliflər verilməli və təlimlər keçirilməlidir.
Vüqar Dərgahov yuxarıda qeyd olunan işləri görmək üçün Dövlət Turizm Agentliyindən 29 min 340 manat alacaq.
Vüqar Dərgahov 1974-cü ildə anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb. 2008-ci ildən BDU-da çalışır. 2008-ci ildən Xarici ölkələrin iqtisadi – siyasi coğrafiyası və turizm kafedrasında baş müəllimdir.
Marja