Dövlət İmtahan Mərkəzi (DİM) könüllü tibbi sığorta xidmətinin satın alınması ilə əlaqədar açıq tender elan edir.
Eləcə də bax: ARAŞ" səhiyyənin daha bir - İRİ TENDERİNİ GÖTÜRDÜ
FED.az xəbər verir ki, elanda deyilir:
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Könüllü tibbi sığorta xidmətinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olsunlar va tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu portal vasitəsi ilə əldə edə bilərlər.
Satınalan təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN- 1304673921)
Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi
Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193
Kod- 507699
VÖEN(bank)- 9900006111
SWIFT- AZRTAZ22
M/h- AZ02NABZ01350100000000022944
H/h- AZ98AZRT38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri portal vasitəsi ilə 27 yanvar 2020-ci il saat 11.00-dək təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- iddiaçının sığorta xidməti göstərməsi üçün tələb olunan sənədlər;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının sığorta xidməti göstərməsi üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaqdır.
Tender təklifinin portala yüklənməsinin son tarixi və vaxtı 4 fevral 2020-ci il saat 18.00-dır.
Təkliflərin açılışı tarixi və vaxtı 5 fevral 2020-ci il saat 11.00-dır.
İddiaçılar açılışın nəticələrini portal vasitəsi ilə izləyə bilərlər.
Tender təkliflərini qiymətləndirib müqayisə edərkən əsas şərtlər topIusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.
İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
Tender komissiyası