Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Əlicançay su anbarının xidmət sahəsi (magistral və paylayıcı kanallar, meliorativ tədbirlər) üzrə layihə sənədlərinin hazırlanması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Su Pek Proje ve Müşavirlik Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialıdır.
Şirkətlə 2 454 400 manat dəyərində satınalma müqaviləsi imzalanıb.