"Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti açıq tender elan edib.
FED.az xəbər verir ki, müsabiqə avtomobillərin satın alınmasını əhatə edir. Tender çərçivəsində 3 ədəd pikap, 1 ədəd mikroavtobus və 1 ədəd yük avtomobili, furqon və yük lifti ilə satın alınacaq.
İştirak haqqı 350 AZN-dir.
Satınalan təşkilatın VÖEN-i: 4700664781
Satınalan təşkilatın ünvanı: AZ3827 Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri
Ehtimal olunan qiymət: 242 933 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.11.2025 17:00
Zərflərin açılış tarixi və vaxtı: 19.11.2025 17:00
Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs: Fair Fərhadov, Satınalma şöbəsinin Baş mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: +994 77 244 55 24













