Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayonunda yolların təmir işləri ilə bağlı tenderlərin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, “Göygöl Tikinti” MMC (VÖEN: 2304816671) qalib olub.
Şirkətlə 5 tender üzrə müxtəlif məbləğlər üzrə ümumilikdə 305 min 517 manat məbləğində müqavilə imzalanıb.
“Göygöl Tikinti” MMC daha öncə Goranboy Rayon İcra Hakimiyyəti ilə "Goranboy şəhəri, Heydər Əliyev prospekti, Vuqar Bayramov, Nizami, Cəfər Cabbarlı küçələrində və Şəhidlər Xiyabanında aparılacaq abadlıq işləri" tenderi üzrə satınalma müqaviləsi imzalayıb. Həmin tenderin məbləği 281 059 manat təşkil edib (06.01.2023).