Səhiyyənin Təminat Mərkəzi qan və onun komponentlərinin donorluğuna dair reaktiv və reagentlərin satınalınması üzrə iki iri tenderin nəticələrini elan edib.
Ağdamla bağlı 9,6 milyon manatlıq layihə - TENDER ELANI
FED.az xəbər verir ki, ümumi dəyəri təxminən 2,2 milyon manat olan bu satınalmalar çərçivəsində qalib şirkətlərlə müvafiq müqavilələr bağlanıb.
Tenderlərdən birinin qalibi “Albatros Heltkeyr” MMC (VÖEN: 1700476791) olub. Şirkətin təqdim etdiyi 1.086.481,46 manatlıq təklif qəbul edilib.
Qeyd edək ki, “Albatros Heltkeyr” MMC 08.07.2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 0 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Ağalarov Fazil oğludur. Hüquqi ünvanı AZ1021, Bakı şəhəri Səbail rayonu, Tofiq Məmmədov (Badamdar qəs.), ev.23, m.10 ünvanında yerləşir.
Digər tenderdə isə qalib “Labservis Ltd” MMC (VÖEN:
150033691) şirkəti seçilib. Bu şirkət 1.098.113,71 manat dəyərində təklif təqdim edərək satınalmanı qazanıb. Müqavilə eyni gün, saat 17:13-də yekunlaşıb.
Qeyd edək ki, “Labservis Ltd” 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 400 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Roza Şahbazova Qafar qızıdır. Hüquqi ünvanı AZ1022, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 81, m. 2 ünvanında yerləşir.