Yeni Klinika açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda təsərrüfat və santexnika mallarının satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1604005991
Satınalan təşkilatın ünvanı : H.Əliyev pr 142
Müsabiqənin başlama tarixi və vaxtı: 17.11.2023 11:45
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.12.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.12.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 18.12.2023 15:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödənişlər mallar (xidmətlər və işlər) təhvil verildikdən sonra və təhvil-təslim aktı imzalanıb təsdiq edildikdən sonra, malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri : Qalib İddiaçı malları Bakı şəhəri, Heydər Əliyev pr-ti, 142 ünvanına təhvil verəcəkdir.
Çatdırılma müddəti : Satınalma müqaviləsi imzalandıqdan sonra qalib podratçı malları ən geci 15 iş günü müddətində təhvil verməlidir.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı ( 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin verən orqan tərəfindən və ya notarial qaydada təsdiqlənmiş surəti pdf formatında olmalıdır.);
İddiaçının Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır);
İddiaçının Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Arayış elan verilən tarixdən sonra alınaraq arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənəd (Müəssisə haqqında məlumat və analoji sahə üzrə işləyən işçilər ixtisas göstəricilərinin və peşəkarlığını təsdiq edən elektron informasiya sistemindən bildirişlər)
İddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış elan verilən tarixdən sonra alınaraq əsli pdf formatında yüklənməlidir)
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə (reyestrdən çıxarış)
Rekvizitlər
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış 2022-ci ili əhatə etməklə Dövlət Statistika Komitəsindən alınmalı və arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır)
Analoji sahə üzrə yerinə yetirilmiş ən azı 1 müqavilə və həmin müqavilələrin icrası barədə təhvil-təslim aktlarının əsilləri (sənədlərin əsilləri əlavə olunmalıdır).
Malların nümunəsi (qiymət təklifləri açıqlandıqdan sonra 3 iş günü ərzində Müəssisəyə təqdim edilməlidir);
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Səbinə Məhərrəmova, Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu : (012) 505-62-31