Milli Onkologiya Mərkəzi sağlamlıq sektorunda irimiqyaslı satınalma əməliyyatı həyata keçirib.
Mərkəzi Bank 205 min manatlıq avtomobil aldı - DETALLAR
FED.az xəbər verir ki, Mərkəz kimyəvi dərman preparatları, laboratoriya reaktivləri, sarğı ləvazimatları və digər tibbi materialların alınması üçün "Azəri Med" QSC ilə müqavilə bağlayıb.
Bu alışın ümumi dəyəri isə 35.849.901,34 AZN təşkil edir.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.