Səhiyyənin Təminat Mərkəzi “İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunan dərmanların və digər tibbi ləvazimatların satınalınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət dərman satışından 12,4 milyon manat - QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub.
Qalib şirkətlə 4 936 719 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.