Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Bərdə şəhəri hüdudlarında Tərtər çayında sahilbərkitmə işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300300711
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Moskva prospekti 69a
Müsabiqənin başlama tarixi və vaxtı: 22.06.2023 15:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.07.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.07.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 27.07.2023 11:00
Çatdırılma yeri - Bərdə şəhəri
Çatdırılma müddəti - 20 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması,Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması
İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
- İddiaçının son 10 (on) tam təqvim ilində analoji iş olaraq 300 pm uzunluğundan az olmamaq şərti ilə dəmir-beton sahil mühafizə qurğusunun (istinad divarının), müxtəlif uzunluqlu və hündürlüklü suaşıranlı düşmə qurğusunun və səviyyəqaldıran bəndin tikintisi kimi işlərin görməsi təcrübəsinə malik olmalı və yerinə yetirdiyi müqavilələrin ümumi məbləği 1500,0 min manatdan az olmamalıdır.
- Müqaviləni vaxtında yerinə yetirmək üçün layihə-smeta sənədinin tərkib hissəsi olan tikintinin təşkili layihəsinə (TTL) əsaslanmaqla zəruri maşın-mexanizmlər, avadanlıqlar, o cümlədən aşağıda qeyd olunan tərkibdə, texniki parametrlərdə və sayda əsas maşın-mexanizmlər tələb olunur:
- İddiaçının malik olduğu sərbəst maliyyə vəsaiti, yaxud bankın iddiaçıya vermək üçün zamin olduğu kreditin minimum məbləği 350,00 min manatdan az olmamalıdır.
- Müqaviləni vaxtında yerinə yetirmək üçün layihə-smeta sənədinin tərkib hissəsi olan tikintinin təşkili layihəsinə (TTL) əsaslanmaqla zəruri işçi heyəti, o cümlədən ən az aşağıda qeyd olunan tərkibdə və sayda mütəxəssis heyəti tələb olunur:
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Aslanov Qulam, Mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012) 431- 08- 64