“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2 ədəd açıq tender elan edir.
Bakıda hansı binalar söküləcək? – SİYAHI, TENDER ELANI
FED.az xəbər verir ki, elanlar Bakının bir sıra ərazilərində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlıdır.
Həmin elanlar aşağıdakılardır :
1)Bakı şəhərinin, Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 4 800 manat təşkil edir.
Ehtimal olunan qiymət: 31.999.952,38 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.05.2025 15:00
Zərflərin açılış tarixi və vaxtı: 02.05.2025 15:00
2)Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması
Müsabiqədə iştirak haqqı 3 750 manat təşkil edir.
Ehtimal olunan qiymət: 24.999.810,01 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.05.2025 17:00
Zərflərin açılış tarixi və vaxtı: 02.05.2025 17:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Əhməd Məmmədov, Mühəndis
Email : [email protected]
Əlaqə telefonu : 0506121527