Elm və Təhsil Nazirliyinin «Təhsil nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi» ölkənin məktəblərində aparılacaq təmir və sair işlərlə bağlı böyük tenderlərin nəticələrini açıqlayıb.
Eləcə də bax: Vergi əməkdaşları üçün 1 milyon manatlıq - Geyim Alınacaq – TENDER QALİBİ
FED.az xəbər verir ki, təkcə iki gün ərzində – sentyabrın 26 və 27-də bu sahə üzrə ümumi məbləği 4 milyon manata yaxın 4 tender üzrə sifarişlər bölüşdürülüb.
Respublika üzrə bir sıra təhsil müəssisələrində cari təmiri işlərinin satınalınması üzrə tenderi "UPSİLON" MMC əldə edib. Müqavilənin məbləği 851 315 manat təşkil edir.
Respublika ərazisində bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satınalınması üzrə digər tenderi isə "S.H. İNŞAAT XİDMƏTİ" MMC qazanıb – məbləğ 2 657 134 manat.
Kimya, fizika və biologiya laboratoriyalarının satınalınması üzrə tenderi "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA" QSC əldə edib – 1 milyon 84 min manat.
Respublika üzrə bir sıra təhsil müəssisələrində cari təmiri işlərinin satınalınması üzrə növbəti tenderi isə "ART-PROJE" MMC qazanıb – 1 milyon 385 min manat.