Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ-nə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant hesabına avadanlığın satınalınması” tenderinin nəticələrini elan edib.
Nazirlik 1,3 milyon manata məsləhətçi şirkət cəlb edəcək - DETALLAR
FED.az xəbər verir ki, tenderin qalibi “Simplex” QSC olub.
Qalib şirkətlə 995 700 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən ADNSU 10 ədəd tədris stendi alacaq. Bu stendlərə günəş modulunun ölçülməsi, fotoelektrik, süni işıq mənbəyi, külək elektrik stansiyalarının əsasları, külək elektrik stansiyasında enerjinin çevrilməsi və s. aiddir.