“Respublika Təcili və Təhərəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən iki yeni tender elan edilib.
FED.az xəbər verir ki, birinci tender “FIAT DOBLA PROFESSIONAL” markalı təcili yardım və “Fiat Ducato” avtomaşınlarının əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınmasını əhatə edir. Bu tenderin ehtimal olunan qiyməti 394 933 AZN-dir. Təkliflərin son təqdim olunma tarixi və vaxtı 21 noyabr 2025-ci il saat 10:00, zərflərin açılışı isə eyni tarix və saatda baş tutacaq. Tenderdə iştirak haqqı 350 AZN təşkil edir.
İkinci tender isə “Fiat Dobla Professional” və “Citroen Jumpy” markalı təcili yardım avtomaşınlarının cari təmirini əhatə edir. Bu satınalmanın ehtimal olunan qiyməti 316 957 AZN-dir və təkliflərin təqdim olunma və zərflərin açılış tarixi birinci tenderlə eyni, yəni 21 noyabr 2025-ci il saat 10:00 olaraq müəyyən edilib. İştirak haqqı bu tenderdə də 350 AZN-dir.
Tenderlərlə bağlı “Respublika Təcili və Təhərəsalınmaz Tibbi Yardım Mərkəzi”nin Təsərrüfat bölmə müdiri Ağamirzəyev İlqar ilə əlaqə saxlamaq mümkündür. Onun elektron poçt ünvanı [email protected], əlaqə telefonu isə +994 12 430 45 27-dir.
Qeyd edək ki, iki tenderin ehtimal olunan dəyəri 711 890 manat təşkil edir.













